• Ça. Dek 23rd, 2025

İranın səfiri BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə Cənubi Qafqazdakı daimi sülhü müzakirə edib

Byadmin

Dek 12, 2023


İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə “Cənubi Qafqazdakı daimi sülh perspektivini” müzakirə edib.

Bu barədə IRNA-nın Azərbaycan bürosu “Telegram”da bildirib.

“İran İslam Respublikasının səfiri BMT-nin Azərbaycan Respublikasındakı əlaqələndiricisi ilə görüşüb və müzakirə edib”, – IRNA yazıb.

Qeyd olunub ki, görüşdə İsrailin Qəzzadakı hərəkətləri ilə yanaşı, “Cənubi Qafqazda davamlı sülh perspektivi, Xəzər dənizi hövzəsində ekoloji məsələlər və iqlim dəyişikliyi müzakirə edilib və fikir mübadiləsi aparılıb”.