• Ça. Dek 23rd, 2025

MDB missiyası Azərbaycanda prezident seçkisini müşahidə edəcək

Byadmin

Dek 13, 2023


MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Rusiyada isə prezident seçkisi martın 17-nə təyin olunub. Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.