• Ça. Dek 23rd, 2025

ABŞ və Britaniya səfirləri Bakıda müzakirələr aparıblar – FOTO

Byadmin

Dek 13, 2023


Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ABŞ-nin ölkəyə yeni təyin olunmuş səfiri Mark Libbi ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşməkdən çox məmnunam. Mən Azərbaycanda və Cənubi Qafqaz regionunda ümumi məqsədlər, o cümlədən minalardan təmizləmə məsələləri üzrə əməkdaşlığımız üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə diplomat bildirib.