• Ç. Dek 24th, 2025

Hakan Fidan: “TAP-ın genişlənlirilməsi Azərbaycan və Türkiyə üçün önəmlidir”

Byadmin

Dek 14, 2023


“Türkiyə və Azərbaycan imzalanmış Şuşa Bəyannaməsinin müddəalarını yerinə yetirməyə çalışırlar”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında kommunikasiya və enerji xətləri baxımından təhlükəsizliyin təmin olunması önəmli məqama çevrilib:

“Qars-Naxçıan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. TAP-ın genişlənlirilməsi də hər iki dövlət üçün önəmlidir. Həmçinin, artıq təməli atılan İğdır-Naxçıvan qaz kəməri ilə enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdıra bilmişik”.

Aysel Aslan