• Ca. Dek 25th, 2025

Zelenski Almaniyaya səfər edib

Byadmin

Dek 14, 2023


Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi gözlənilmədən Frankfurt hava limanına enib.

Səfərin məqsədi barədə rəsmi məlumat verilməyib.

Bildirilir ki, Zelenski hava limanından dərhal Hessen federal əyalətinin paytaxtı Visbaden şəhərinə yollanıb.

Çox güman ki, o, ABŞ ordusunun Avropa və Afrikadakı qərargahının yerləşdiyi Visbaden-Erbenhaym bölgəsindəki aerodromu ziyarət etmək üçün Almaniyaya səfər edib.

Mənbə: dw.com