• Bz. Dek 28th, 2025

Ərəstun Oruclu da prezidentliyə namizədliyini verir

Byadmin

Dek 25, 2023


Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar prezident seçkisində iştirak edəcək.

Bu barədə o, “Facebook” hesabında məlumat paylaşıb.

“Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”, – politoloq qeyd edib.

Qeyd edək ki, indiyədək Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırkı dövlət başçısı İlham Əliyev, Zahir Oruc, Fuad Əliyev, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquluyev, Fikrət Yusifov, Yunus Oğuz, Elşad Musayevin növbədənkənar prezident seçkisi üçün namizədliklərinin irəli sürülməsi təsdiqlənib.