• Be. Dek 29th, 2025

Dövlət Neft Fondunun 2024-cü il büdcəsi təsdiqləndi

Byadmin

Dek 27, 2023


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında Fərman imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 milyard 73 milyon 255 min 500 manat, xərcləri isə 12 milyard 900 milyon 232 min 500 manat məbləğində təsdiq edilib.