Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli kanallara verdiyi müsahibədə geniş yer verib. Prezident bəyan etmişdir ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Müharibənin başa çatmasından sonra onun nəticələrinin bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür.
Ermənistanın silahlanması Böyük Qayıdış və bərpa-quruculuq məsələsinə müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi Qarabağın bərpasına, bir hissəsi digər bölgələrin inkişafına, bir hissəsi sosial proqramlara gedəcəkdi.
Dövlət başçısı qeyd edib ki, biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara, on mindən çox köçkün artıq evlərlə təmin olunub. Bütövlükdə orada 30 minə yaxın insan yaşayır, müxtəlif vəzifələrdə çalışır. Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, bura onsuz da öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir.
Bununla yanaşı əsas problemlərdən biri olan Zəngəzur dəhlizinin açılması xüsusi diqqət obyektidir. Buna maneçilik törədən qüvvələr hamıya məlumdur. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?
Bizə saxta gəlişmələr lazım deyil. Özlərini böyük dövlət adlandıran Fransa prezidenti, sən demə, uzaqda Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. İstəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun.
İlqar Həsənov,
Göytəpə şəhər bələdiyyəsinin sədri