• Bz. İyn 15th, 2025

Müstəqilliyin ilk illəri

ByVuqar Ferzeliyev

İyn 13, 2025

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı. Keçmiş SSRİ yeni qurum yaratmağa çalışır, qonşu xəyanətkar Ermənistan Azərbaycan ərazilərində separatçılıq və işğalçılığı genişləndirirdi, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatlarının V qurultayı keçid dövrünün hakimiyyəti haqqında Konstitusiya Qanunu qəbul etdi və öz səlahiyyətini yüksək vəzifəli şəxslərindən təşkii olunmuş SSRİ Dövlət Şurasına və tezliklə formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi. Lakin respublikalarda, o cümlədən, Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə başlandı.

Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etməyə çağırmışdı. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirildi. Seçkinin nəticələri saxtalaşdırıldı və Ayaz Mütəlibov yenidən prezident “seçildi”.

Xalqın rəğbətini qazanmağa çalışan I katib-prezidentin təşəbbüsü ilə sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb, özünü buraxdı.

Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” yekdilliklə qəbul edildi. Mühafizəkarların ciddi- cəhdlərinə baxmayaraq, müxalifətin təklifi ilə sessiya Qorbaçovun yeni ittifaq üçün iqtisadi baza yaratmaq məqsədi ilə irəli sürdüyü iqtisadi birlik haqqında vahid müqavilə bağlamaq təşəbbüsünə Azərbaycanın qoşulmasına etiraz etdi. Azərbaycan başqa respublikalarla birtərəfli iqtisadi müqavilələr bağlanmasına üstünlük verdi.

Noyabrın 14-də Moskva yaxınlığındaa Novo-Oqoryevada yeddi respublika, o cümlədən, Azərbaycan rəhbərləri yeni dövlətlərarasi birlik – “Suveren Dövlətlər İttifaqı”nı yaratmaq haqqında niyyətlərini bildirdilər. Respublikalarda, o cümlədən, Azərbaycanda demokratik qüvvələr buna qarşi qəti mübarizəyə qalxdılar. Hazırlanmış müqaviləyə Qorbaçovdan başqa heç kim imza atmadı.

Demokratik qüvvələr düşmənlər tərəfindən müstəqil Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin artdığı şəraitdə iqtidarı fəaliyyətsizlikdə təqsirləndirir, vətəndaşları hakimiyyətə tabe olmamağa çağırır, qəti tədbirlər görülməsini tələb edirdi. İqtidar artıq dövləti idarə edə bilməciyini başa düşürdü.

AXC, nə vasitə ilə olursa-olsun, hakimiyyətə gəlməyə, iqtidar isə müəyyən güzəştlərlə hakimiyyəti əlində saxlamağa çalışırdı. İqtidarı və AXC-ni yaxınlaşdıran bir mühüm səbəb də vardı: onlar xalq içərisində Heydər Əliyevin böyük siyasətə qaytmasını tələb edənlərin sayının durmadan artmasından narahat idi. AXC-nin səsi az olduğundan sözünü keçirə bilmədiyi, parlamenti buraxmağı, paritet əsasda Müvəqqəti Milli Şura yaratmağı, iqtidar isə belə güzəşt əvəzində sabitlik yaratmaq, yerlərdə möhkəmləndirmək üçün təsərrüfatı idarəetmənin təşkili, yerli dövlət hakimiyyəti idarəetmə orqanları yaradılması və ləğvi işində müstəqillik tələb edirdi. AXC Heydər Əliyevin nüfuzundan istifadə etmək üçün Milli Şuraya daxil olmağı təklif etmişdi, lakin rədd cavab almışdı. Oktyabnn 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şuranın yaradılması haqqında razılıq əldə olundu. Parlament üzvlərindən 43 nəfər gizli müşavirə keçirib parlamenti buraxmaq təhlükəsi yaranarsa, prezidentə qarşı birləşməyi qərara almışdılar. Başqa cür düşünən deputatları təhqir edən, hətta döyən davakar piketçilərin mühasirəyə aldığı parlament binasında oktyabrın 8-də keçirilən Ali Sovet sessiyasında parlamenti müdafiə edən qüvvələrə ciddi zərbə vuruldu.

Dağlıq Qarabağda vəziyyət pisləşdikcə Milli Ordunun təşkil edilməsində Mütəllibovun təsəvvür edilməyəcək dərəcədə ləng hərəkət etdiyi aydın oldu. Beş ay ərzində dörd müdafiə naziri hər cür çatışmazlığa- təlim görməmiş kadr ehtiyatına, silahlara, hərbi geyimə, yerli zabitlərə, nəhayət, axırıncısı, lakin bunlardan az əhəmiyyətli olmayan, hərbi intizamla bağlı ehtiyacı aradan qaldırmaq yolunda çalışdı.

Martın 5-də parlament fövqəladə sessiyada toplaşdığı zaman parlament binası divarlarının o biri üzü tərəfində AXC kütləvi mitinq keçirirdi. İki gün davam edən manevretmədən və qarşılıqlı surətdə irəli sürülən kəskin ittihamlardan sonra Mütəllibov istefa verdi. Qanunverici orqanlar tərəfindən Mütəllibova, alicənablıq göstərilərək, ona öz bağından, mənzilindən istifadə etməyə icazə verildi, təqaüd kəsildi və o, doqquz nəfər mühafizəçi ilə təmin olundu. Bütün siyasi ehtiraslara baxmayaraq, azərbaycanlılar onlara xas olan təmkinlilik və mülayimlik ənənisini saxladılar və qisas ab-havasının hökm sürdüyü bir yerdə – qonşu Gürcüstanda olduğu kimi, vətəndaş müharibəsi doğuracaq hərəkətlərə də yol verilmədi.

Prezidentlik müvəqqəti olaraq Yaqub Məmmədovun əlinə keçdi ki, bu da hakimiyyət uğrunda yeni seçkilərin keçirilməsini şərtləndirdi. Erməni qüvvələri Şuşanı ələ keçirdikdən sonra Mütəllibov öz əvvəlki mövqeyini bərpa etmək üçün dövlət çevrilişinə cəhd etdi. Mayın 14-də Ali Sovet Mütəllibov hakimiyyətini bərpa etdi və seçkiləri dayandırdı. Buna AXC Ali Sovetin binası üzərinə güclü hücumla cavab verdi. Mütəllibov qaçdı və Ali Sovet öz səlahiyyətlərini Milli Məclisə verərək, öz-özünü buraxdı. Y.Məmmədov İsa Qəmbərin xeyrinə öz prezidentlik vəzifəsinin icrasını dayandırdı.

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir