• Ç. Avq 13th, 2025

Biz yeni tarixi səhifəyə imza atdıq

ByVuqar Ferzeliyev

Avq 11, 2025
  Qalib, qüdrətli Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı    
   Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı. Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir. Əlamətdar haldır ki, Vaşinqton məsələyə Cənubi Qafqaz siyasətində Azərbaycana böyük rol verilməsi kontekstində yanaşır. Bu yanaşma praqmatizmə əsaslanır, qarşılıqlı faydanı rəhbər tutur. Yəni, sülh gündəmi üçün prioritet həm də iqtisadi faydadır. Buna faydanın sülh diqtəsi kimi də yanaşmaq olar.Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Azərbaycanın dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edilir. Belə ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.
 Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifə tərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasında daha böyük uğurlarla zənginləşəcək. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıyır. Xüsusilə Ağ Evin indiki sahibinin ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. İki ölkə arasında əlaqələrin inkişafında əsas istiqamətlərdən biri də enerji sahəsidir. Məlum olduğu kimi, Donald Tramp hakimiyyətə gələndən ABŞ Avropanın enerji təhlükəsizliyinə böyük önəm verir. 
   Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq.
                                                                          Əmrah Quliyev,

Cəlilabad Bələdiyyələrinin Əlaqələndirmə
Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir