• C. Avq 22nd, 2025

Cəlilabad rayonunda abadlıq işləri çərçivəsində kompleks tədbirlər davam etdirilir

ByVuqar Ferzeliyev

Avq 21, 2025

Cəlilabad şəhərində küçələrin işıqlandırılması həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindəndir və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Beləki şəhər ərazisindəki küçələrdə yeni işıqlandırma sistemlərinin qurulması işləri uğurla davam etdirilir, küçələrin işıqlandırılması üçün müxtəlif ölçülü elektrik xətləri çəkilir və müasir standartlara cavab verən xeyli sayda yeni işıq dirəkləri quraşdırılır.
Bundan başqa şəhərin Zərifə Əliyeva küçəsi 8,9,15 və İlqar Zeynalov küçəsi 8 saylı çoxmənzilli binaların həyətində abadlıq-quruculuq işləri görülür. Görülən işlər çərçivəsində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınacaq parkda söhbətgahlar, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və futbol meydançasının tikintisi ilə bağlı işlər davam etdirilir.
Həmçinin 28 May və İlqar Zeynalov küçəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı işlər həyata keçirilir.