• Ça. Avq 26th, 2025

Laçının azad olunması Zəfərimizin parlaq səhifəsidir

ByVuqar Ferzeliyev

Avq 25, 2025


        26 avqust – Laçın şəhəri günü tarixi ədalətin təntənəsi, Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təcəssümüdür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhər bayramı bir daha göstərir ki, erməni tör-töküntüləri nə qədər fitnə-fəsad törətsələr də, bizim qalib ruhumuzun  qarşısında acizdirlər. Çünki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik gücü hər kəsə məlumdur.

       Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
        Belə bir məkanın erməni qəsbkarlarının əlinə keçməsi tariximizin qara səhifələrindəndir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmişdir. Suriyadan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə Laçın rayonu ərazisində məskunlaşdırılmışdır. Bu cinayətkar əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilmiş və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

       İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Hazırda bu gözəl və füsunkar məkan sürətlə bərpa olunur. Bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində hazırda 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq.. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub.

       İnanırıq ki, Möhtərəm Prezidentimizin bütün sahələrdə olduğu kimi Şərqi Zəngəzur və Qarabağın abadlığa çevrilməsi öz təsdiqini tapacaqdır. Bu yolda Möhtrərəm Prezidentimizi dəstəkləyir və demək istəyirik ki, həmişə onunla birlikdəyik.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və