• Ça. Avq 26th, 2025

Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi.

ByVuqar Ferzeliyev

Avq 25, 2025

Qədim türk dilində “çay üstündə qala” adlanan Kəlbəcər Tərtərçay çayının ətrafında formalaşmış qədim yaşayış məskənidir. Buradakı 30 min ildən çox tarixi olan süni mağaralardan ibarət qədim yaşayış məskənləri, abidələr Azərbaycanda türklüyün, atəşpərəstliyin, xristianlığın və İslamın yayıldığı dövrlərdə yaradılıb. Qədim Kəlbəcər rayonu tarixən həm coğrafi mövqeyinə, həm də zəngin təbii ehtiyatlarına görə ölkəmizin ən mühüm bölgələrindən biridir. Düşmən tapdağı altında qalan digər rayonlarımız kimi, Kəlbəcər də 30 ilə yaxın erməni vandalizminə məruz qalaraq sözün əsl mənasında viran qoyulmuşdur.

Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər ölkəmizin ən yüksək dağlıq rayonudur, ərazisinin çox hissəsi meşəlikdir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağdır (3616 m). 1930-cu ildə Kəlbəcərə inzibati rayon statusu verilib, işğala qədər rayon əhalisi 53 478 nəfər olub, ərazisi isə 3054 kv. km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər ərazi baxımından ən böyük rayonlarımızdan biri olmaqla yanaşı  sənaye əhəmiyyətli təbii sərvətlərlə zəngindir. Ərazidə yerləşən təbii müalicəvi su yataqlarından sayılan Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi müalicəvi yataqlarımız məhz bu rayonun ərazisində yerləşir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır.

Azərbaycanın düşmən Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarından biri Kəlbəcər olmuşdur. 2 aprel 1993-cü il tarixində Ermənistan tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər sakin əsir götürülüb və itki düşüb. Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən sakinləri Respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşmüşdür.

İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Törətdiyi dəhşətli cinayətlərlə kifayətlənməyən Ermənistan beynəlxalq hüquq və normalara qarşı gedərək 1999-cu ildən Kəlbəcərdə başqa ərazilərdən gətirilmiş ermənilərin qeyri-qanuni məskunlaşmasını həyata keçirmişdir.

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru