• Ca. Avq 28th, 2025

Türkmənistan Qarabağda məscid inşa edəcək.

ByVuqar Ferzeliyev

Avq 27, 2025

     Bu yaxınlarda-keçən ay hörmətli Qurbanqulu Məlikquliyeviçi Azərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcə səmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

     Bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Qonaqpərvər türkmən torpağında olduğum bu gündə bir daha qeyd etmək istəyirəm ki, Türkmənistan hörmətli Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişafda əhəmiyyətli nailiyyətlər əldə edib, beynəlxalq rolunu və nüfuzunu gücləndirib. Onun müasir Türkmənistanın inkişafına verdiyi töhfə səmərəli dövlət idarəçiliyinin, strateji baxışın və Vətənə sədaqətin nümunəsidir.

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı