Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut edir. Ümumiyyətlə, ölkələrarası münasibətlərdə bu cür səfərlər xüsusi əhəmiyyətə malikdir.
Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərdi.
Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.
İtaliya Avropa Birliyində və ümumilikdə Avropada Azərbaycanın etibarlı və dəyərli tərəfdaşı kimi çıxış edir, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır. İki ölkə arasında humanitar sahələrdə də əlaqələrin davamlı şəkildə inkişaf edir Bu sahə üzrə münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun və yüksək humanist addımları, səmərəli ictimai fəaliyyəti ilə dünyada böyük hörmət sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin dərin izləri var. Bu missiya nəinki İtaliya-Azərbaycan münasibətlərinə, o cümlədən dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına, möhkəmlənməsinə verilən mühüm töhfədir. Qarabağ məsələsində də İtaliyadan hər hansı mənfi yanaşma müşahidə olunmayıb, əksinə, bu ölkədən Azərbaycanın haqq mövqeyini tanıyan və qoruyan konstruktiv yanaşmalar görünür.
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi