• Ça. Okt 14th, 2025

Prezident İlham Əliyevin Düşənbə səfəriəlamətdar hadisədir

ByVuqar Ferzeliyev

Okt 14, 2025
  Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
  Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbəyə səfər çərçivəsində MDB ölkələrinin liderləri ilə görüşləri, regional məsələlərə dair fikir mübadiləsi və gələcək əməkdaşlıq planları müzakirə olunub. 

Ölkə başçısı öz çıxışında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub, təkcə siyasi və ya hərbi nailiyyətlərdən deyil, həm də iqtisadi uğurlardan bəhs edib. Azərbaycan bu illər ərzində regionun aparıcı iqtisadi gücünə çevrilib. Prezidentin şəxsi təşəbbüsü ilə enerji, nəqliyyat və yüksək texnologiyalar sahəsində mühüm layihələr həyata keçirib. Bu layihələr Azərbaycanın bu gününü və gələcəyini formalaşdıran əsas amillərdir.
Prezident Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.
Eyni zamanda, bu səfər çərçivəsində ən çox diqqət çəkən hadisələrdən biri oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən təkbətək görüşdür. Bu görüş təkcə Azərbaycan və Rusiya ictimaiyyəti tərəfindən deyil, eləcə də dünya mətbuatı tərəfindən olduqca diqqətlə izlənilirdi: “Bu görüş Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra Putinə ad günü təbriki və Pekində ayaqüstü salamlaşmanı nəzərə almasaq, dövlət başçıları səviyyəsində ilk dialoq olması baxımından xüsusi məna daşıyır. Görüşdə liderlərin çıxışı və verilən bəyanatlar bir daha onu göstərdi ki, Moskva təzyiq, təhdid yolu ilə hər hansı üstünlük əldə edə bilmədiyini dərk edərək Bakının haqlı mövqeyini qəbul etdi. Putin tərəfindən təyyarəmizin vurulmasına görə üzr istənilməsi, hadisəyə görə məsuliyyətin qəbul edilməsi, zərərçəkən ailələrə kompensasiya ödənilməsi və hadisədə günahı olan şəxslərin hüquqi müstəvidə cəzalandırılacağına dair verilən bəyanatlar Rusiya tərəfindən siyasi etiraf kimi qəbul oluna bilər.

Ofeliya Sadatova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru