• Ça. Okt 14th, 2025

Sıx əməkdaşlıq inkişaf edir

ByVuqar Ferzeliyev

Okt 14, 2025
  Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən dövlət başçısı İlham Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü xüsusi vurğuladı. Cənab İlham Əliyev çıxışında, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etdi. Bu münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
     Azərbaycan üçün MDB məkanında fəal iştirak, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda mövqelərin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır: “Müstəqil Dövlətlər Birliyi uzun illərdir postsovet məkanında iqtisadi, siyasi və humanitar əməkdaşlığın ənənəvi mərkəzlərindən biri olub. Lakin son onilliklərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni güc mərkəzlərinin meydana çıxması və müxtəlif istiqamətli geosiyasi maraqlar MDB-nin struktur və səmərəliliyinə təsir göstərib. Bununla belə, Azərbaycanın bu platformadakı fəallığı ölkəmizin çox vektorlu xarici siyasət xəttinin mühüm tərkib hissəsi olaraq qalır. Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan diplomatiyasının çoxşaxəli və balanslı siyasətinin nümayişi baxımından dəyərləndirilir.
   MDB Dövlət Başçıları Şurasının iclasında regional əməkdaşlığın müxtəlif aspektləri üzrə mühüm qərarların qəbul edildi. İclasın əsas mövzuları arasında təhlükəsizlik və müdafiə konsepsiyasının yenilənməsi, antiterror əməkdaşlığı, kiber təhlükəsizlik, sərhəd nəzarəti, narkotiklərlə mübarizə və birgə hərbi-texniki proqramlar dayanır. Bundan başqa, iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, tranzit və logistika marşrutlarının koordinasiyası da gündəmdə oldu. Azərbaycanın bu istiqamətlərdə təcrübəsi və təşəbbüskarlığı MDB-nin gələcək inkişafında mühüm rol oynaya bilər. Azərbaycan tranzit və nəqliyyat layihələri sahəsində artıq regional liderə çevrilib. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr MDB məkanında ticarət və yük daşımalarının artması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Düşənbə iclası MDB ölkələrinin iqtisadi əməkdaşlığının yeni mərhələsini başlatmaq potensialına malikdir.
   Azərbaycan Prezidentinin Tacikistana səfəri göstərdi ki, region ölkələri Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə nümayiş etdirir. 

Vüqar Cavadov,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin

Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun müdiri