Bu gün müstəqil ölkəmizin vətəndaşları böyük və tükənməz arzularla, yüksək bəşəri ideallarla yaşayırlar. Milli Konstitusiyamız bu idealların qarantıdır, güclü qanunlar dövlət müstəqilliyimizin, dövlətçiliyimizin əsas dayaqlarıdır və hamının bununla fəxr etməyə haqqı vardır.
Konstitusiya müddəalarının həyta keçirilməsinin əsas qarantı kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyev rəhbərliyə gəlməsinin ilk günlərindən respublikamızın həyatında sağlam mühit, saf münasibətlər rişə salıb, hərtərəfli dinamik inkişaf, dövlət quruculuğu uğurla davam etdirilir, dövlətçilik ənənələri mütəmadi olaraq zənginləşdirilir və qorunur. Məhz onun çoxcəhətli ictimai-siyasi və diplomatik fəaliyyəti nəticəsində artıq Azərbaycan bütün planetdə tanınmışdır. 44 günlük Vətən müharibəsindəki Qələbəmiz sayəsində Vətənimiz yenə də bütün dünyaya səs saldı, beynəlxalq aləmdə öz imicini daha da möhkəmləndirdi. Prezident öz fəaliyyətində respublikamızın bütün regionlarının inkişaf etdirilməsində, bütün insanların azadlıqlarının mühafizəsində, onların həyat səviyyəsinin yüksəldilməsində özünün qarant rolunu uğurla həyata keçirir.
Biz, Əsas Qanunumuz qəbul olunduqdan sonra işlərimizi yenidən təşkil edərkən onun müddəalardan xeyli bəhrələndik, nəticədə partiyamız qısa müddət ərzində insanların ictimai-siyasi şüurunun müasir tələblərə uyğun yeniləşməsində avanqard qüvvə kimi inkişaf etdi, mütəşəkkil siyasi qüvvəyə çevrildi. Biz, ulu öndərimizin hər şeyə qadir siyasətini yeni bir qüvvə ilə davam etdirdik, dövlətimizin siyasi əsaslarının daha da möhkəmləndirilməsi, vətəndaşların təfəkkürünün inkişaf etdirilməsi, siyasi-mənəvi tərbiyə sahəsində irəliyə doğru ciddi addımlar atdıq və siyasi avanqard kimi bu tədbirlərimizi ardıcıl olaraq davam etdiririk.
Bizim Konstitusiya ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, təhlükəsiz və müasir şərait yaratdı, dünya birliyində layiqli yerini tutdu. İnanırıq ki, Əsas Qanunumuz dövlətçilik strategiyasında gələcək inkişafda da mühüm rol oynamaqda davam edəcək, xalqımızın taleyində xarüqələr yaradacaq.
Ələsgər Mirzəzadə
ADPU-nun Cəlilabad filialının tarix müəllimi
