Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə cəlb edə və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də Şuşa şəhər Gününün təsis olunması hamımızın ürəyincə olub.
Son beş il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Cənab İlham Əliyev Azərbaycan prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərə həm əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox, daha açıq büruzə vermişdir. Çünki Azərbaycan xalqının tarixi-mədəni irsində Qarabağın xüsusi yeri var. Təməli hələ 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında xüsusi yeri olan mənəvi qürur mənbəyimizdiur. Qarabağ Üzeyir bəy Hacıbəylinin, Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və digər mədəniyyət korifeylərinin vətənidir.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Hazırda Şuşada həyat canlanıb və şəhər öz simasını gündə-günə dəyişir..
Zeynəddin İbrahimov,
şəhid atası, Hacıcavad kənd tam orta məktəbində müəllim
