• Ca. Dek 18th, 2025

Humanist siyasəti dəstəkləyir və yüksək qiymətləndiririk

ByVuqar Ferzeliyev

Dek 18, 2025
  Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.

    Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq amnistiya təşəbbüsünü irəli sürüb.      

   Müstəqilliyimizin bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətinin əsasını təşkil etmişdir. 

  Son 22 ildə Ulu öndər Heydər Əliyevin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Prezident İlham Əliyevin həyata keçirdiyi bu humanist siyasət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələrinin məntiqi davamıdır. Ümummilli Liderin əsasını qoyduğu “insan amili”nə söykənən siyasət bu gün müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. 

   Prezident İlham Əliyev dəfələrlə amnistiya haqqında sənəd imzalamış və indiyədək Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkmiş şəxslərin minlərlə nəfəri vaxtından əvvəl azadlığa buraxılmışdır. Yeni amnistiya aktı ilə 20 mindən çox şəxsin bu təşəbbüsə daxil olacağı artıq gözlənilir. Bu təşəbbüs cənab Prezidentin ölkədə humanist amnistiya siyasətinin davamı kimi qiymətləndirilməlidir. 

Ofeliya Sadatova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru