• C. Dek 19th, 2025

Ən xeyirxah təşəbbüslərdən biri

ByVuqar Ferzeliyev

Dek 18, 2025
    Prezident İlham Əliyevin rəhbərliyi altında mütəmadi olaraq imzalanan əfv sərəncamları və amnistiya aktları ölkədə demokratikləşmə prosesinin davamlı xarakter daşıdığını göstərir. Bu addımlar insan hüquqlarının qorunması, vətəndaşların dövlətə olan etimadının artırılması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mütərəqqi təşəbbüslər kimi qiymətləndirilir.

  Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə üst-üstə düşən bu mühüm ildə amnistiya aktının qəbul edilməsi həm hüquqi, həm də ictimai-siyasi baxımdan ilin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilə bilər. Bu qərar Azərbaycan dövlətinin suverenlik, ərazi bütövlüyü və hüquqi dövlət quruculuğu istiqamətində apardığı ardıcıl və prinsipial siyasətin məntiqi davamıdır.

   Prezidentin amnistiya aktına imza atması yalnız hüquqi sənəd deyil, eyni zamanda güclü siyasi və mənəvi mesajdır. Bu mesaj cəmiyyətə mərhəmət, bağışlama və ədalət dəyərlərinin dövlət siyasətinin əsas sütunlarından biri olduğunu nümayiş etdirir.

  Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu, müstəqillik tariximizdə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktı minlərlə ailəyə sevinc bəxş edəcək. Belə bir təşəbbüsün irəli sürülməsi dövlətimizin, şəxsən Prezident İlham Əliyevin humanistliyinin, insana verdiyi ali dəyərin göstəricisidir. Ona görə də, dövlətimizin başçısının bu təşəbbüsü xalqımız tərəfindən çox yüksək dəyərləndirilir. Bu təşəbbüs  xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

   Təsəvvürə gətirmək heç də çətin deyildir ki, bu mühüm humanist aktın nəticəsi nə qədər ailəni insanı sevindirəcək, nə qədər insana gələcəyə inaçm hissi bəxş edəcəkdir.

  Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu dəfə də dövlətimizin bu yüksək qayğısının canlı şahidləriyik. 

Vahid Mirzəyev,

Cəlilabad bələdiyyəsinin sədri