Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günündən ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridib, cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışıb. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Ötən illər ərzində dövlət başçısının dəfələrlə verdiyi əfv fərmanları nəticəsində çoxsaylı vətəndaşlarımızın cəzaçəkmə müəssisələrindən azadlığa buraxılması buna parlaq sübutdur. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli Qərar qəbul edilmişdir. Amnistiya aktı 17 min 267 şəxsə şamil olunmuşdur. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin tarixədək qəbul edilmiş ən geniş amnistiya olmuşdur. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır;
Xalqımız ölkə başçısının bu humanist addımlarını böyük razılıq və sevinclə qarşılayır. Prezident İlham Əliyevin əfv fərmanları, eyni zamanda, sadəcə humanizm və mərhəmət aktları olaraq qalmayıb, cəmiyyətimizin mənəvi-siyasi iqliminə də çox ciddi təsir göstərmiş, vətəndaş həmrəyliyinin daha da güclənməsinə, ölkədə ümumi bir insani istiləşməyə səbəb olmuşdur. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmışdır.
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Yeni dövrün yeni lideri olan Prezident, Ali Baş Komandan İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu və qalib dövlət rəhbəri kimi daxil olmuşdur.
Əziz və dəyərli Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
