• Ç. Dek 24th, 2025

Prezidenti İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti.

ByVuqar Ferzeliyev

Dek 24, 2025

Müasir dövrdə hər bir dövlətin gələcək inkişaf səviyyəsi birbaşa gənclərin intellektual, mənəvi və fiziki potensialı ilə ölçülür. Bu gün Azərbaycanda gənclərə hər sahədə xüsusi diqqət yetirilir. Gənclərin şəxsi inkişafı, dünyagörüşünün artırılması, təhsili, karyera sahəsində inkişafı, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüdülməsi ən mühüm məsələrdən biridir. Xalqımız Azərbaycanı “gənclər ölkəsi”, gəncləri isə “Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər Heydər Əliyevə borcludur. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətinin institutlaşdırılması məqsədilə Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı əsasında Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin şəxsi inkişafı, karyera sahəsində irəliləməsi üçün bir sıra tədbirlər görmüşdür. Gənclərin milli kimlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyevin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının gənclərlə görüşlərində səsləndirdiyi fikirlər onların tarixi yaddaşa, milli irsə və dövlət müstəqilliyinə sadiq vətəndaşlar kimi formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti gələcəyə yönəlmiş, davamlı və strateji xarakter daşıyır. Bunlara misal olaraq, karyera sahəsində “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin yaradılması, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. Məhz bu kompleks yanaşma nəticəsində Azərbaycan gəncliyi bu gün dövlətin ən etibarlı dayaqlarından birinə çevrilmiş, ölkənin gələcək inkişafının əsas təminatçısı kimi formalaşmışdır.

Ələdddin Zeynalov

Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı