Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Prezident İlham Əliyev Azərbaycan idmanının hamisidir. İdman siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Cənab llham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirakı bunu bir daha sübut etdi ki, dövlətimizin başçısı uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda ölkənin bütün regionlarında da olimpiya idman – sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik və uzaqgörən siyasətin parlaq təzahürləridir. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan möhtərəm Prezidentimiz cənab İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etdi. Onun yorulmaz və gərgin əməyi sayəsində qısa müddət ərzində Azərbaycan idmanının yüksək səviyyədə inkişafı təmin edildi və dünya şöhrəti qazandı. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb.
Prezident İlham Əliyevin çıxışında deyildiyi kimi, hazırda beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxmağmız, ölkəmizin dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində də daha böyük rol oynayır. Məhz dövlətin, şəxsən Prezident İlham Əliyevin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının göstəricisidir.
Vüqar Cavadov,
Lənkəran-Astara Regional Gənclər İdman
İdarəsinin Cəlilabad rayonu üzrə gənclər
və idman sektorunun müdiri
