Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətləri müstəqillik dövründən etibarən mürəkkəb, çoxşaxəli və dəyişkən xarakter daşıyıb. Bu münasibətlər enerji təhlükəsizliyi, regional sabitlik, təhlükəsizlik əməkdaşlığı, beynəlxalq hüquq və suverenlik prinsipləri fonunda formalaşıb. Məhz bu uzunmüddətli proseslərin məntiqi davamı olaraq 2025-ci il Azərbaycan–ABŞ münasibətləri tarixində keyfiyyətcə yeni və tarixi mərhələ kimi qiymətləndirilə bilər.
2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpası Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı, onu ABŞ kimi qlobal güclər üçün daha önəmli tərəfdaşa çevirib.
Azərbaycanın irəli sürdüyü regional sülh və əməkdaşlıq təşəbbüsləri 2025-ci ilə doğru beynəlxalq müstəvidə daha real və qəbulolunan model kimi qiymətləndirilməyə başlanır.
Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərtləridir. Azərbaycan isə bu proseslərin təşəbbüskarı və əsas icraçısı kimi çıxış edir. Bu kontekstdə ABŞ-ın yanaşmasının daha praqmatik və balanslı xəttə yönəlməsi 2025-ci ili dönüş nöqtəsinə çevirir.
2025-ci il Azərbaycan–Amerika münasibətlərində sadəcə növbəti il deyil, yeni siyasi düşüncə tərzinin, dəyişən yanaşmaların və strateji reallıqların simvolu kimi qiymətləndirilə bilər. Güclü, müstəqil və prinsipial Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində passiv obyekt deyil, aktiv subyektdir. Məhz bu status ABŞ-la münasibətlərin də daha balanslı, qarşılıqlı maraqlara əsaslanan və uzunmüddətli xarakter almasını şərtləndirir.
Hüseynov Sədafər
Saatlı Rayon Ağsaqqallar şurasının sədri
