• Be. Fev 2nd, 2026

Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi.

ByVuqar Ferzeliyev

Fev 3, 2026

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Gənclərin fiziki sağlamlığı isə onların intellektual və əxlaqi inkişafı ilə eyni dərəcədə vacibdir. Heydər Əliyev gənclər arasında idmanın və sağlam həyat tərzinin təşviqinə böyük önəm vermişdir. İdman yalnız bədən sağlamlığını təmin etmir, eyni zamanda gənclərin təcrübə qazanmalarını, özlərini daha yaxşı tanımalarını və liderlik bacarıqlarını inkişaf etdirmələrini təmin edir. Bu, həm də onların sosial məsuliyyət hissini artırır və cəmiyyətdə daha fəal və işgüzar vətəndaşlar kimi yetişmələrinə zəmin yaradır. Yüksək şüura malik gənclər, ölkənin inkişafı üçün ən vacib amillərdən birini təşkil edir. Onlar müasir dünyanın tələblərinə uyğun şəkildə yetişərək, gələcəkdə sosial, iqtisadi və mədəni sahələrdə ölkəni irəli aparacaq liderlərə çevriləcəklər. Ulu Öndər Heydər Əliyev, gəncləri yalnız akademik biliklərlə deyil, eyni zamanda vətənpərvərlik ruhunda, ədalət, insan hüquqları və sosial məsuliyyət kimi dəyərlərlə tərbiyə etməyi hədəfləmişdir.

Bu düşüncələr, yalnız cəmiyyətin bugünkü inkişafını deyil, həm də onun gələcəyini formalaşdırmağa xidmət edir. Ulu Öndərin gənclər siyasəti, gəncləri cəmiyyətin gələcəyini inşa edəcək bir nəsil kimi yetişdirməyi məqsəd qoymuşdur. O, gənclərin öz hüquq və vəzifələrini yerinə yetirən, müstəqil düşünən, güclü iradəyə sahib fərdlər olmalarını istəyirdi. Bu düşüncə, yalnız Azərbaycanın deyil, bütün dünya üçün keçərli olan universal bir yanaşmadır. Gənclərin təhsil alması, onların fiziki və mənəvi cəhətdən inkişaf etməsi, yüksək əxlaqi və intellektual dəyərlərə malik olmaları, cəmiyyətin inkişafının təməlini təşkil edir. Bu prinsiplər əsasında həyata keçirilən siyasətlər, hər bir ölkənin gələcəyini təmin etməyə xidmət edir. Ulu Öndərin bu sözləri, yalnız o dövrün deyil, hər zaman üçün aktual olan bir çağırışdır – gənclər, xalqın və ölkənin gələcəyidir. Onların inkişafı, bütün cəmiyyətin inkişafı ilə sıx bağlıdır.

Fərəcov Nazim

Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı