• Ç. Fev 11th, 2026

Əmin-amanlıq və daimi sülh başlııca amaldır

ByVuqar Ferzeliyev

Fev 11, 2026

           Yanvarın 10-da ABŞ-ın Vitse-prezidenti Ceyms Di Vensin  Bakıya səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır.

            Mübaliğəsiz söyləmək olar ki, Azərbaycan bu gün bütün dünyada olan hərc-mərcliyə, beynəlxalq hüququn işləməməsinə, bir sıra beynəlxalq təşkilatlar, ölkələrlə bağlı korrupsiyaya dair qəbul edilən qərarlara və digər problemlərə rəğmən öz qələbəsini əldə edib. Ölkəmiz hazırda bölgənin strateji inkişafı ilə məşğuldur. Nəqliyyat, enerji sahəsində dünya üçün önəmli layihələri həyata keçirir. Azərbaycan yaşıl enerjiyə keçidi təmin etmək üçün bir sıra layihələr reallaşdırır. Bu onu göstərir ki, xalqımızın iradəsinə qarşı olan oyunların bizə heç bir təsiri olmayacaq. Azərbaycan öz bütün hədəflərinə nail olacaq və daha da güclənəcək

       ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir. Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

      Bu yöndə ABŞ Vitse-prezidentinin fikirləri diqqəti cəlb edir. Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur.

      Əminik ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq

                                                                               Rauf Abdullayev,

                   Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Seyidbazar kənd

                                             inzibati ərazi dairəsi üzrə nümayəndəsi