• Ç. Fev 11th, 2026

Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeniləşir

ByVuqar Ferzeliyev

Fev 11, 2026

            ABŞ-ın Vitse-prezidenti Ceyms Di Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib ki, çalışırıq iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik. Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.

           Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

         Qəbul edilmiş Xartiyada xüsusi əhəmiyyət kəsb edən bir müddəa nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

          ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinin ən mühüm nəticəsi Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Bu sənəd Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış və Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumuna əsasən hazırlanıb. Xartiya Azərbaycan–ABŞ münasibətlərinin institusional çərçivəsini formalaşdırmaqla yanaşı, tərəfdaşlığın uzunmüddətli və sistemli xarakter daşıdığını təsdiqləyir. Artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək. Regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün ədalətli davranmaq şərtdir və nəinki ABŞ-dan, bütövlükdə, dünyadan gözləntimiz də elə budur.

Xalid Hüseynov,

                                                        Lənkəran –Astara Regional Gənclər və İdman İdarəsinin 

                                              Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı