Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyyətlərin altı ay ərzində gördüyü şox gərgin işin təzahürü olduğunu söylədi. Qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse – prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri höhfəyə görə çox minnətdarıq.
Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”.
Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru
Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq.
