• Be. Fev 16th, 2026

Azərbaycan-Serbiya strateji tərəfdaşlıqmünasibətləri özünü doğruldur

ByVuqar Ferzeliyev

Fev 17, 2026

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki son 22 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq da qalacaq.
Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir. Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya – sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir.
Serbiya ölkəmiz üçün Balkanların qərbində mühüm strateji dövlətdir. İki ölkə arasında çoxsaylı sənədlər imzalanıb ki, bunlar İlham Əliyevin budəfəki səfərilə bir daha yeniləndi. Hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən müqavilələr imzalandı. Serbiya hərbi sənayesi ilə öndə olan ölkədir. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq münasibətlərinə qədər inkişaf etməsinə gətirib çıxaracaq.

                                                                      Cahangir Muradov, 
                                                                                   Cəlilabad Rayon Ağsaqqallar Şurasının 
                                                                             üzvü, YAP fəalı, əməkdar mədəniyyət işçisi