• Ca. Fev 26th, 2026

Prezident: Hər zaman güclü olmalıyıq

ByVuqar Ferzeliyev

Fev 27, 2026
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasınını Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
     Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.    
     Prezident İlham Əliyev açılşdakı çıxışında deyib ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir.
    Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox  günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Qətlə yetirilənlərdən  bəzilərinin işğaldan sonra qalıqları tapılıb və torpağa tapşırılıb.
     Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. 
    Memorialın yaradılmasına böyük əmək sərf olunub. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdik. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Cənab Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya nəcib iş üçün öz dərin təşəkkürümü bildirirəm.  Allah xalqımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin.
   Möhtərəm Prezidentimiz  eyd edib ki, biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.

                                                                                               Seymur Abbasov,
                                                     Cəlilabad RİH-nin əməkdaşı