Müasir dövrdə qlobal enerji siyasətində mühüm istiqamətlərdən biri də ekoloji dayanıqlılığın təmin edilməsi və “yaşıl enerji”yə keçid prosesidir. Bu baxımdan Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlər arasında yaşıl gündəlik xüsusi yer tutur. Azərbaycan da bu qlobal çağırışları nəzərə alaraq enerji siyasətində yeni mərhələyə qədəm qoymuş və bərpa olunan enerji mənbələrinin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir.
Yaşıl gündəlik çərçivəsində müzakirə edilən məsələlər əsasən ekoloji təhlükəsizliyin təmin olunması, karbon emissiyalarının azaldılması, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin geniş tətbiqi ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən layihələr həm ölkənin enerji sisteminin şaxələndirilməsinə, həm də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verir.
Azərbaycanın yaşıl enerji siyasəti beynəlxalq əməkdaşlıq üçün də geniş imkanlar yaradır. Xüsusilə Avropa ölkələri ilə bu sahədə həyata keçirilən birgə layihələr enerji təhlükəsizliyinin möhkəmlənməsinə və ekoloji dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Beləliklə, Məşvərət Şurası çərçivəsində yaşıl gündəliklə bağlı aparılan müzakirələr Azərbaycanın enerji strategiyasında yeni və mühüm mərhələni ifadə edir. Bu siyasət ölkəmizin həm iqtisadi inkişafına, həm də ətraf mühitin qorunmasına yönəlmiş mühüm addımların atılmasına imkan yaradır.
Ruhiyyə Baxşıyeva
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
