• Şb. Noy 23rd, 2024

VAKSİNASİYA KORONAVİRUS ƏLEYHİNƏ MÜBARİZƏNİN TƏRKİB HİSSƏSİDİR

Byadmin

Okt 15, 2021

Ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Azərbaycan dövlətinin pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla qurduğu təmasların, işlərin düzgün təşkilinin nəticəsidir ki, ilkin mərhələdə ölkəyə 4 milyon doza vaksinin gətirilməsi təmin edildi və proses uğurla davam etdirilir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Hazırda ölkədə vaksinasiyanın həyata keçirilməsi bu prosesin vacib elementlərindən biridir.
Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) təklif olunur. Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.
Ümumiyyətlə, vaksin süni immunitet yaratmaqla virusa qarşı mübarizəni asanlaşdırır. Mütəxəssislərin fikrincə, peyvənd olunanların əksəriyyəti virusa yoluxmur, yoluxanlar isə xəstəliyi yüngül keçirirlər. İmmuniteti formalaşdırmaq üçün orqanizmə müəyyən qədər vaxt lazım olduğundan həmin dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir.
İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir. Müntəzəm immunlaşdırma üçün istifadə olunan bütün vaksinlər xəstəliklərin profilaktikasında olduqca vacib və effektlidir. Əksər vaksinlər xüsusilə qarşısı alınmağa yönələn xəstəliklərlə müqayisədə təhlükəsizdir və yanakı təsirləri cüzidir. Ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir. Bu işdə Buster dozasının əhəmiyyəti böyükdür. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

  İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir.  Vaksinlərin köməyi ilə ağrıların, əlillik və ölümün qarşısını almaq olar. Bundan başqa, vaksinlərin köməyi ilə infeksiya ö türülməsini məhdudlaşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar.
   Beləliklə, əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dö vlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir. 

İlham Əliyev, Cəlilabad GEM-nin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir