Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycana səfərə gələcək.
Yenigun.news-un məlumatına görə, A. Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.
Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Qeyd edək ki, ATƏT sədrinin regiona səfəri çərçivəsində Ermənistana da səfər edəcəyi gözlənilir.