Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Polis Təşkilatının yaranmasının 176-cı ildönümü münasibətilə qurum əməkdaşlarını təbrik edib.
Yenigun.news xəbər verir ki, təbrikdə deyilir:
“Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik. Əlamətdar gündə Türkiyə Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik”.