Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qarabağın minalardan təmizlənməsində iştirak etmək təklifinə cavab verməyib.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Zvezda” telekanalının filmində bildirib.
“Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı oraya insanlar qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, – Şoyqu deyib.