4 iyunda 44 günlük müharibənin odu-alovu içərisindən sağ – salamat çıxıb, erməni xainliyinin və vəhşiliyinin qurbanı olan iki dəyərli jurnalistimizi və daha bir vətəndaşımızı itirdik. Hamımız üçün ağır itki oldu. İş başında, erməni vandallarının xarabaya çevirdiyi elimizi-obamızı lentə, yazıya köçürdüb, salnamə yaradanlar bir anın içərisində gözlənilmədən şəhid oldular. Danışmağı bacaran, əli qələm tutan hər kəs xain və xəbis düşmənə qarşı nifrətini, qəzəbini bir daha kəskin şəkildə ortaya qoydu. Bir nəfərdən – Müsavat Partiyasının sədri Arif Hacılıdan başqa.
Fəzail Ağamalı bu sözləri Defakto.az-a açıqlamasında bildirib.
Kim olursan ol, istər iqtidar nümayəndəsi, istər müxalifət , istər siyasətdən uzaq adi Azərbaycan vətəndaşı. Təki dürüst ol! Ləyaqətini, milli mənliyini itirmə.
Sosial şəbəkəni izləyərkən qarşıma Arif Hacılının baş verən faciə ilə bağlı şərhi çıxdı. Təəssüf ki, baş verən faciəni mənəvi düşkünlük və siyasi əxlaqdan, həqiqətdən və yuxarıda göstərdiyim insani keydiyyətlərdən uzaq şəkildə şərhini verən Arif Hacılı erməniləri, onları himayə edən beynəlxalq gücləri ittiham etmək, lənətləmək əvəzinə, ölkə prezidentini, millətimizə qələbə sevinci yaşadan, 200 ildən bəri üzərimizə gələrək, tarixi torpaqlarımızı himayədarların hərtərəfli köməyilə işğal edib, saxta “dövlət ” quran, zaman – zaman 10 minlərlə soydaşımızı qətlə yetirən, Xocalı kimi 20-ci əsrin ən qanlı soyqırımlarından birini törədən, işğaldan azad edilmiş torpaqlarımıza on minlərlə minanı səpən və ölüm çələngini quran ermənilərin üzərində tarixi zəfər çalan, onları sındıran, miflərini darmadağın edən, müzəffər, xilaskar Ali Baş Komandan İlham Əliyevi hədəfə alır və dünya erməniliyinin içərisində ön sıralarda durduğunu nümayiş etdirir .
Və beləliklə, bu açıqlama ilə o, ermənipərəstliyini əbədi olaraq bioqrafiyasının baş səhifəsinə yazmalı oldu.
Fəzail Ağamalı,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
07 İyun 2021 – ci il