• C. Apr 19th, 2024

Qılıncoynadanımız 20-ci Yay Olimpiya Oyunlarına lisenziya qazandı

ByYenigun.news

Apr 26, 2021

Azərbaycan sablyaçısı bu şərəfə aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində nail olub.

“Yenigun.news” xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna Başta ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.

A.Başta bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Təmsilçimiz pley-offun birinci görüşündə İspaniya təmsilçisi Arakelli Navarra qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə A.Başta 15:14 hesablı çətin qələbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.

Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Beləliklə, Anna Başta Tokioda ölkəmizi təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir