• C. Dek 27th, 2024

Avropa İttifaqı Rusiyanı qınadı

ByYenigun.news

May 1, 2021

Avropa İttifaqı Rusiyanın səkkiz Avropa vətəndaşının ölkəyə girişinə qadağa qoymasını qınayıb.

“Yenigun.news” xəbər verir ki, bununla bağlı Aİ məlumat yayıb.

Bildirilib ki, bu qərar təkcə konkret şəxsləri yox, birbaşa Aİ-ni hədəf alıb:

“Rusiyanın səkkiz Avropa İttifaqı vətəndaşının Rusiyaya girişini qadağan etməsini mümkün olan ən güclü şəkildə qınayırıq. Qərarın hüquqi əsası yoxdur. Tamamilə əsassız və qəbuledilməzdir.

Bu qərar təkcə şəxsləri yox, Aİ-ni hədəf alıb. Rusiya Aİ ilə münasibətləri düzəltmək əvəzinə, qarşı çıxmağı seçdi. Aİ Rusiyanın qərarına qarşılıq olaraq tədbirlər görmək hüququnu özündə saxlayır”.

Qeyd olunub ki, heç bir sanksiya və ya göz dağı Avropa Parlamentini insan hüquqlarını, azadlıqlarını və demokratiyanı müdafiə etməkdən çəkindirə bilməz.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqı ölkələrinin səkkiz vətəndaşına və rəsmi struktur nümayəndələrinə Rusiyaya gəlməyi qadağan edib.

“Qara siyahı”ya Avropa Parlamentinin rəhbəri David Mariya Sassolinin də adı daxil edilib.

Bundan başqa, siyahıda Latviyanın elektron KİV üzrə Milli Şurasının sədri İvars Abolinş, Latviyanın Dövlət Dili Mərkəzinin direktoru Maris Baltinş, Fransa nümayəndə heyətinin AŞPA-dakı üzvü Jak Mer, Berlin prokurorluğunun rəhbəri Royq Raupax, İsveç Kimyəvi, Bioloji, Radiasiya və Nüvə Təhlükəsizliyi Laboratoriyasının rəhbəri Ose Skott, Eston Dili Departamentinin rəhbəri İlmar Tomusk, Avropa Dəyərləri və Şəffaflıq Komissiyası sədrinin müavini Vera Yurovanın da adı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir