• Ca. Dek 26th, 2024

BU YERLƏRDƏ İNSAN YAŞAMIŞDIR

ByYenigun.news

Mar 25, 2021

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə növbəti dəfə səfər
etdilər. Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi
olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək
xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə
Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən
ermənilər mütləq şəkildə cəzalarını almalı idi.
Şuşada olarkən Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın
tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad
edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm.
Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer
tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə
vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə
təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i
Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Prezident demişkən, biz
buraya qalib kimi gəlmişik, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı
dalğalanır. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərə, qazilərə dərin hörmət varr,
onların qəhrəmanlıqları unudulmur
Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII
əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri
olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider
Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində – Cıdır düzünə yaxın bir
ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa
malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən
dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində
kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Digər
Azərbaycan şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan
mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyevin atdığı addımlar Azərbaycan
xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin
uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan
sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli

davamçısı, Vətən müharibəsinin qəhrəmanı İlham Əliyev Azərbaycan tarixini qızıl
hərflərlə yazmaqdadır.
Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş
torpaqların” yenidən tələb olunması barədə danışırlar. Prezident İlham Əliyev
Ermənistandakı revanşist qüvvələrə Şuşadan bir daha ciddi xəbərdarlıq edərək
bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər.
Lakin hakimiyyət uğrunda apardıqları savaş və münaqişənin Azərbaycanın xeyrinə
başa çatmasını həzm edə bilməyən revanşist qüvvələr və bəzi xarici dairələr
postmüharibə dövründə də bölgədə sülhə xələl gətirmək istəyirlər. Ermənistan
ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Ermənistanda müxalif
təşkilatların nümayəndələri hakimiyyətə gəlmək üçün revanş haqqında düşünürlər.
Biz bu kimi çıxış və bəyanatları  son 30 ildə dəfələrlə erməni siyasətçilər və
hərbçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir: Faktiki olaraq
suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və
diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi
haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın
tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni geosiyasi
proseslərin təməli qoyulmaqdadır.
Cənab Prezidentin qeyd etdiyi kimi Şuşa rayonunun işğal altına düşməsi
bizim üçün faciə idi. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Və
biz bilməliyik ki, AXC-Müsavat cütlüyü bu torpaqları düşmənə satmaqla xəyanəti
etmişdir. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu.
Səriştəsiz rəhbərlik, ordu pərakəndəliyi, xarici qüvvvələrin sifarişlərini yerinə
yetirən siyasi qurumların hər şeyi qurban verərək ancaq hakimiyyət kürsüsü
uğrunda mübarizə aparması bütün bu məğlubiyyətləri qaçılmaz etmişdi.
Azərbaycan xalqı bu xainləri unutmamalıdır! Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!”

Dürdanə Əliyeva, Telebe Elmi Cemiyyetinin sedri, ADPU-in Cəlilabad filialının
Pedaqoji elmler kafedrasinin bash muellimi, dissertant

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir