• Şb. Noy 23rd, 2024

Ərdoğandan Baydenin “erməni soyqırımı” ifadəsinə – Reaksiya

ByYenigun.news

Apr 26, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirib.

“Yenigun.news” xəbər verir ki, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında danışıb.

“ABŞ Prezidenti Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələr istifadə edib.

Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib.

Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, – Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, bu vəziyyət iki ölkə arasındakı münasibəti ortadan qaldırmır:

“Əgər belə bir yola giriləcəksə, bu yarışdan alnıaçıq tək millət və dövlətin biz olduğunu da xatırlatmaq istərdik. ABŞ və Avropa başda olmaqla, bizə “soyqırımı” ifadəsi yönəldənlər millət içinə çıxa bilməyəcək vəziyyətə gələcək.

Osmanlının Balkanlardan və Zaqafqaziyaya uzanan əhalisinin yarıya qədəri ölüm, yarısı sürgün acısı yaşayıb. Üstəlik, biz bunu demirik. Qərbli tarixçilər deyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir