• C. Noy 22nd, 2024

Ərdoğanın qərarından sonra lirə dəyər itirdi

ByYenigun.news

Mar 22, 2021

Ötən gün Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbalın vəzifəsindən azad edilməsindən sonra türk lirəsi dollar qarşısında dəyər itirib.

Yenigun.news xəbər verir ki, Asiya bazarlarında dollar 8,47 lirəyə qədər bahalaşıb. Səhər saatlarında isə 7, 78-ə düşən məzənnə daha sonra yenidən cüzi artımla 7,88 tl səviyyəsində qərarlaşıb. Həmçinin avronun da lirə qarşısında məzənnəsi bahalaşaraq 8,59-dan 9,26-ya qalxıb.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Mərkəzi Bankın sədri vəzifəsinə gətirilən Naci Ağbal 19 mart tarixində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilib. Sözügedən posta keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir