XəbərAl.az saytı Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsindən müsahibə alıb.
Həmin müsahibəni olduğu kimi sizlərə təqdim edirik:
Salam. Hər vaxtınız xeyir olsun.
-Salam. Xoş gördük.
Özünüzü təqdim edin zəhmət olmasa.
-Bayramova Gülər Sərdar qızı. Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi işləyirəm.
Neçə ildi müəllimə işləyirsiniz?
-22-ci ilimdi artıq müəllimə işləyirəm.
Burda?
-Bəli
Əsliniz Cəlilabadlıdı? Bu rayondan?
-Bəli şəhərin özündənəm.
Niyə məhz müəllimlik? Xanımların çoxsu həkimlik ixtisasını seçirlər. Həkimdə ola bilərdiniz.
-Niyə məhz müəllimlik? Çünki uşağları sevirəm, yeniliyi sevirəm, öyrətməyi və paylaşmağı sevirəm.
Valideynlərinizdən müəllimə işliyən olub?
-Bəli olub indidə var.
Lap yaxşı.
Müəllimə son dövrlər pandemiya düşdü. Bütün dünyada koronavirus yayıldı. o cümlədən, Azərbaycanda sərt karantin olduğundan sms icazə, distant təhsil. Bu distant təhsilin həm müəllimlər, həm şagirdlər həm də valideynlər üçün xeyirli və zərərli tərəfləri nələrdir?
-Əslində distant təhsili düşündükdə həm məllim həm də şagird üçün heç bir ziyanı yoxdu. Mən distant təhsil başlıyandan yeni proqramlarla işləməyi öyrəndim uşaqlara dərsi izah etmək üçün. Bəzən bir neçə şagirdim də problem oldu internet cəhətdən özüm onlara zəng edib dərsi izah edirdim. Digər uşaqlar qoşulurdular və aktiv işləyirdilər, onlara maraqlı gəlirdi dərslər.
Distant təhsildə valideyn durur kənarda kamerada görsənir şəhər məktəblərin də, rayon məktəblərin də bunu Təhsil Nazirliyi jurnalistlər aşkar etdi. Yəni valideynlərin köməyi çox olurdu. Məsələn dərs vaxtı zəif oxuyan şagird onlayn dərsdə yüksək nəticə göstərirdi bu sistem sayəsində. Məsələn bir ailədə dörd uşağ var. Elə adam var ki evində kompüteri yoxdu tək telefonu var. Yəni bunlar nə fəsadlar verir?
-Sizə bir söz deyim, onada çarə tapmaq olurdu. Dövlətimiz həmin vaxt bizə şərait yaratmışdı ki, dərs vaxtını valideynlərin proqramına uyğun qurun. Məsələn bir uşaq 8 də başlayıb 11 də bitirdisə dərsi, digər uşağın da dərsi 11 dən sonra başlayırdı. Həqiqətən qoşula bilmiyənlər heç telefonu olmuyanlar, interneti olmuyanlar hiss olunurdu qoşulmamağı. Birdə siz dediyiniz kimi valideyn köməyi olan uşaqları müəllim bilir. Bizdə valideynləri başa salmaq istiyirik ki, icazə verin özləri cavab versinlər. Bizdə bilək uşağlar real olaraq nə bilir və ya nəyi bilmir. Həmin dərslərdə valideyn köməyindən istifadə etmiyən uşaqlar indi də sinifdə fəal cavab verirlər. Mən öz adıma deyim ki, distant təhsil başlıyandan bir çox layihələr, proqramlar, və mənim şagirdlərim hansı əyləncələrdən istifadə edə bilər bunları öyrəndim. Məsələn mənim şagirdlərimdən 9 nəfər Türkiyənin EYUDER Dərnəyinin Liderlik okulu proqramı var. Azərbaycanda ilk dəfə olduğu üçün bizim uşaqlar pulsuz tanıtım məqsədilə qoşulurlar. 9 şagirdim qoşulub də valideynləridə çox razı qalıblar.Bu da distant dərsin xeyirlərindən biri. Professorlar dərs keçirlər. Əslində bütün dünya distant təhsilə çoxdan qoşulub. Azərbaycana yeni gəlib. Hər yeniliyi də biz itələyirik geri.
Cəlilabadda internet problemi olurdu?
-Bəli olurdu. Zəifdə olurdu və buna çarəmizdə var idi. Mən gecədən dərsi hazırlayırdım nələrdən istifadə edəcəyimi bilirdim.
Çoxsu teams də internetsiz işləyirdi. Hətda 44 günlük müharibə dövründə internet problemi oldu teams və zoom internetsiz işləyirdi.
Yəqin ki yanınıza hazırlığa şairdlər gəlir? Bu maddi cəhətdən sizə kömək olurdu. Bəs distant təhsil dövründə necə oldu? Yəni həmin şagirdləri ititdiniz maddi cəhətdən necə təsir etdi?
-Əlbəttə şagirdlərim olurdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da karantin oldu. Bu Cəlilabadda da tətbiq olunurdu. İnşallah karantin bitər, xalqımız sağalar virus bitər, əlbəttə ondan sonra hazirlıqlara devam edərik.
Övladınız var?
-Bəli
Neçə övladınız var?
-Bir övladım var. Azərbaycan dövlət turizm və menecment universitetində 2 ci kursda oxuyur. İxtisası Muhasibat uçotu və audit.
Övladınızın ixtisas seçiminə qarışmısınız? Bidə qrup seçimi ixtisas seçiminə valedeyinlərin qarışmasına necə baxırsınız?
-Mənim övladım uşaqlığdan vergiçi olacm deyirdi. . Hazırlaşdı və qəbul oldu indi də təhsil alır, pulsuz oxuyur. Hətda təqaüddə alır. Valideynlərin qarışması düzgün deyil. Hamı polis, həkim, müəllim ola bilməz. Bizim üçün peşə təhsili də lazımdı. Bəzən uşağlar tullantıdan elə bir şey hazırlayır ki bəlkə də həmin valideyn uşağının müəllim olmasını istiyərdi ama həmin uşağın mühəndisliyə meyli var. Valideynlərin qarışması nəticəsində zəif müəllim zəif həkim və zəif polis ortaya çıxır.
Bəs siz valideyn kimi övladınızın hansı sənətə getməsini istəmisiniz?
-İstəməmişəm Mən oğlumun heçnəyinə qarışmıram. Hansı peşədə olursa olsun mənə fərqi yoxdu əsas övladım yanımda olsun.
Allah saxlasın Allah qorusun inşallah.
-Çox sağolun.
Müəllimə 22 ildi fəaliyyətinizdə özünüzə bu məktəbə hansı uğurları gətirmisiniz? Mən bilirəm ki sizin layihələriniz olub, qalib gəlmisiniz müəllimə kimi. Bu uğurlardan bizm izləyicilərimizə də danışın.
-2019-2020 tədris ili başlıyanda bizi İnkluziv təhsillə bağlı (buda Azərbaycana yeni gələn bir işdi)kursa göndərdilər. Hamıya eyni bərabər təhsil hüququ tanıyan bir sistemdir. Biz orda kursa gedəndə bizim orda təlimçimiz Pedoqoji univerisitetin müəllimi Dürdanə Əliyeva mənə sevdirdi və mən onun layihəsinə qoşuldum. Həmin layihə Avropa ittifaqının və RİİB maliyyələşdirdiyi layihəsiydi. Həmin layihənin qalibi oldum. Həmin tenderə görə mənim sinifim yenidən dizayn olundu və buda məktəbin uğrudu. Axır vaxtlarda çoxlu beynalxalq layihələrdə varıq eTwinning layihəsi var Avropa İttifaqının ki həmin layihədə keçən il dörd layihə işlədim onun üçündən milli keyfiyyet nişanına kimi müraciət etdim. Şükür olsun ki layiqli bilib verdilər. Onu aldıqdan sonra Avropa keyfiyyet nişanınıda aldım. Bu il artıq 15 layihəm var. iki layihədə qurucuyam. Əsasən STEM və Robotik kodlama layihələri işləyirəm.Layihələr müxtəlif mövzularda olur.Orada dünyanın müxtəlif ölkələrindən ortaqlarəm var.bu il Avropa İttifaqının STEM SCİENTİX üzrə ilk dəfə secilən 4 səfirinin işində məndə varam. Azərbaycanın adını ora salmağdan qürur duyuram.Məktəbimin adını Avropa məktəbi sırasına saldırdım.Bu da böyük uğurdu.Bu il EYUDER dərnəyinin Azərbaycan üzrə ölkə təmsilçilərindən biri oldum.Hətta Türkiyədə bir neçə dərs planım da kitaba salınıb.
Layihələrin maddi dəyəri nə qədərdir?
-İki min beş yüz manat.
Onu məktəbdə istifadə etdiniz ?
-Bəli. Məktəbdə sinifim düzəldi hətta deyirdim biraz artıq olardı başqa bir şeylər də edərdim.
Yeqin ki növbəti layihələrinizdə var?
-İnşallah mən istəyirəm ki uşağlar bundan istifadə etsinlər. Mən işləmiyə və ya olmuya bilərəm amma istərdim ki burda uşaqlar istifadə etsinlər.
Müəllimə dövlət tərəfindən hansısa mükafatınız var?
-Xeyr yoxdu. Dövlət özü məsləhət bilərsə olar.
Gözlüyürsünüz?
-Bəli gözləyirəm (gülür) Kiçik hədiyyədə insanı sevindirir.
Təki insanın özü istəsin arzusu olsun inşalah arzunuza çatarsız.
-İnşallah.
Siz savadlı ziyalı insansız əsil pedaqoq. İndi ki şagirdlərlə əvvəlki şagirdlərin fərqi nədir? İndi ki valideynlərlə şagirdlərlə işləmək asantdı yoxsa əvvəl ki?
-Əslində texnologiya inkişaf etdikcə valideynlərin ,uşaqların səviyyəsi artır. Ama texnologiyanın mənfi cəhəti də var müəllimin kiçik bir nöqsanını görəndə valideyn bunu yayır. Buda müəllimin nüfuzunu salır. İndi ki şagirdlərin valideynlərin bəzisi də nə köhnədən çıxa bilirlər nədə ki, yeniyə uyğunlaşa bilirlər. Məsələn mən bir neçə ildi STEM və oyun əsaslı layihə əsasında dərslər keçirəm bunları bəzi valideynlər qəbul edə bilmirlər.
Müəllimə sizin təhsil verdiyiniz şagirlərdən yaxşı yerlərdə işləyənlər də var onlara baxıb nə hisslər keçirirsiniz?
-Çox gözəl hissdi. Mənim ilk şagirdlərimdən hərbiçi olanlarda var bankda işliyənlər hətda bayaramlarda məni təbrik etmələri övladlarını götürüb yanıma gəlmələri məni çox sevindirirdi.
Müəllimə bu 44 günlük vətən müharibəsin də şükür qələbə qazandıq Allah Cənab Pezdentimizin canını sağ eləsin. Siz müəllimə olaraq bayağ dediyiniz kimi sosial şəbəkələrdə aktivsiniz nələr etdiniz həmin vaxtda? Cəlilabad şəhidləri və ya şəhid ailəri məcburi köçkünlər nələr ediniz bunlarla bağlı?
-Əslində mənim və valideynlərimin bəzilərinin belə missiyası var ki, valideynlərin razılığı ilə biz şəhid ailələrinə bayramlarda gedib onlara yardımlar edirik. Pandemiya dövündə hər kəs birlikdə gedə bilməsək də ama yenə yardımlarımızı etdik. Əsgərlərimə məktub yazdıq. Onlara dedik ki biz sizin arxanızdayıq sizə inanırıq. Prezdentimizə məktub ünvanladıq. Sosial şəbəkələrdə isə aktiv şəkildə erməni pisliklərini dünyaya çatdırmaqla və hətda həmin məlumatları müəllimlərlə birlikdə müxtəlif dillərə çevirirdik. Çox sağolsunlar digər ölkədə ki müəllimlərdə bizə çox kömək etdilər. Türkiyədə ki müəllim həmkarlarımız yanımızda oldular çox dəstək oldular.
Gələcəkdəki planlarınız? Məsələn nə etmək istərdiniz məktəb üçün?
-Çoxdur. layihələr düşünürəm şagirdlərimiz üçün. Climat Action Projectdə Azərbaycan üzrə fasilitatoram.Mən orda
Azərbaycanlıların daha cox olması üçün çalışıram .
Nə problemlər var?
-Məsələn. Sudan az istifadə etmək, suyu ısraf etməmək bu kimi probləmlər istəyirəm buna hamı qoşulsun. Azərbaycanı daha da tanidaq istəyirəm. Avrapa məktəbi oldu bizim məktəbimiz. İstiyərdim ki məndən başqa müəllimlərdə qoşulsun və biz o eTwinning bayrağını məktəbimizin qarşısında dalğalandıraq.
Müəllimə mən sizə çox sağolun deyrəm səmimi müsahibəniz üçün. Təklifimizi qəbul etdiyiniz üçün sizə minnatdarıq.
-Xoşdur.
Sağolun. Təşəkkür edirik.
-Sağolun.
Bayramova Gülər Sərdar qızı
Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi