ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Moskvadakı iqamətgahından ayrılaraq hava limanına yollanıb.
“Yenigun.news” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Diplomatın iqamətgahı tərk etməsinin şahidi olan agentliyin müxbiri Sallivanın avtomobilinə üç çamadan yüklədiyini bildirib.
Xatırladaq ki, 16 aprel tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov Kremlin Sallivana Moskva və Vaşinqton arasındakı münasibətlərlə əlaqədar yeni rəhbərliklə məsləhətləşmələr aparmaq üçün ABŞ-a getməsini tövsiyə etdiyini açıqlamışdı.