Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov uzun illərdir aralarında yaranan soyuqluğa son qoyublar.
Yenigun.news xəbər verir ki, hər iki müğənni bir araya gələrək duet layihəsini təqdim ediblər.
Onlar musiqisi Vüqar Mirzəyev, sözləri Orxan Mürvətli və Baba Qədirliyə məxsus bəstə “Sən və mən” adlanır.
Xalq artisti Ənvər Sadıqovun da akkordeon ifa etdiyi layihə Bağırovun yutub hesabında yayımlanıb.