“Arif Quliyev süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir”.
Bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O, aktyorun vəziyyətinin ağır stabil olduğunu bildirib.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti bir neçə gün əvvəl “Yeni Klinika”ya yerləşdirilib.