• Şb. Noy 23rd, 2024

Avropa Superliqası ləğv olundu – İddia

ByYenigun.news

Apr 21, 2021

Avropanın 12 nəhəng klubunun yaratdığı Superliqa layihəsi ləğv edilib.

“Yenigun.news” xəbər verir ki, bu barədə “TalkSport”un Tvitter səhifəsi məlumat yayıb. 

Belə ki, ötən gün 12 klubun iştirakı ilə toplantı keçirildiyi və turnirin ləğv edilməsi haqda qərar verildiyi bildirilib.

Daha əvvəl isə İspaniyanın “Atletiko” və “Barselona”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”  və “Mançester Siti” klublarının layihədən geri çəkilməsi xəbəri yayılmışdı.

Superliqanın qurucuları sözügedən 7 klubdan başqa, İspaniyadan “Real”, İngiltərədən “Tottenhem”, İtaliyadan isə “Milan”, “Yuventus” və “İnter” idi.

Avropa Superliqası layihəsi qitənin 20 ən yaxşı klubunun iştirak edəcəyi bir liqanın yaradılmasını nəzərdə tutur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir