Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub.
Yenigun.news-un xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında məlumat verib.
Nazir bildirib ki, məqsəd Dördüncü Sənaye İnqilabı tərəfindən təklif olunan imkanlardan maksimum faydalanmaqdır:
“Eləcə də, bu sahənin aparıcı dövlətləri sırasında yer tutmaqdır”.