• Bz. Yan 11th, 2026

Azərbaycan energetikasının tarixində önəmli hadisə

ByVuqar Ferzeliyev

Yan 10, 2026

      Prezident İlham Əliyev 8 yanvar 2026-cı il tarixində “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirdi ki, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir.

      Prezident deyib ki, “Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək”. Bu müddəa xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.

       240 meqavat gücündə olan Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. 2022-ci ilin yanvar ayında bu stansiyanın təməli qoyulmuşdu. Stansiya “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. Bu gün “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. 

       Onu da qeyd edək ki, Xızı-Abşeron” Külək Elektrik Stansiyasının  isifadəyə verilməsi yerli iqtisadiyyat və insan kapitalının inkişafına, kadrların yetişməsinə  da xidmət edir.     

       “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi aydın mesaj verir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Bərpaolunan enerji sahəsində bu aparıcı layihə iki ölkə arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun inkişaf etməkdədir.

          Rafael Məmmədov,

                                                                                 Cəlilabad RİH-nin əməkdaşı