• Şb. Noy 23rd, 2024

Azərbaycana apreldə yeni vaksinlər gətiriləcək

ByYenigun.news

Mar 30, 2021

“Azərbaycanda epidemioloji vəziyyət, koronavirus əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda, ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub”.

“Yenigun.news” xəbər verir ki, bunu “AstraZeneca” vaksininin Azərbaycana gətirilməsi ilə bağlı onlayn görüşdə GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri  Zaur Əliyev göstərilən arqumenti əsassız sayıb və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub.

Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir:

“Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermiş, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib.

Həmçinin, Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.

Rozi Qrivs bildirib ki, ilkin mərhələdə 5 apreldə Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 min doz COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək:

“Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, səkkiz həftə ərzində Azərbaycana 218 min 790 doz “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir